Advertisement X
www.youtube.com/watch?v=mVu_nyeL5zU
  
Ən son yenilənmə: 13/12/2009
Səhifələr: [1]

BOLŞEVİK VƏHŞİLİYİNİN TARİXİ

20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsr əvvəlki əsrlərdə olmamış və görülməmiş dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan döyüşləri, terror əməliyyatları kimi vəhşiliklərlə doludur. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.

20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiyanın köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücünə malik silahların istehsalına imkan verməsidir. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahların qorxunc vəhşiliklə istifadə edilməsinə şərait yaradan ideologiyalardır. Təməlləri 19-cu əsrdə atılan müxtəlif "izm"lərin qanlı nəticəsi əsasən 20-ci əsrdə görülmüşdür.

Kommunizm bu "izm"lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, "sürgün" edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, ilk əvvəl yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.

İndi isə bu qırmızı vəhşiliyin tarixini araşdıracağıq...
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:48 13/12/09 Oxunub: 89 Şərhlər Şərhlər (1)  

PAVLOVUN İTLƏRİ VƏ LENİNİN “İNSAN TƏKAMÜLÜ” PLANLARI

Lenin nümunəsində gördüyümüz və daha çox faciəvi nümunələrini araşdıracağımız kommunist vəhşiliklərinin səbəbini yaxşı anlamaq lazımdır. Lenini və sonradan araşdıracağımız Stalin, Mao, Pol Pot kimi kommunist liderlərin hər birini gözü dönmüş qatil halına gətirən səbəb nədir?

Bu səbəb, inandıqları materialist fəlsəfə və bu fəlsəfənin insana baxışıdır. Kommunizm əslində materialist fəlsəfənin tarixə uyğunlaşdırılmasından ibarətdir və materialist fəlsəfənin təbiətə uyğunlaşdırılmasıyla, yəni Darvinin təkamül nəzəriyyəsiylə tam uzlaşma içindədir. Bu azğın düşüncələrin bəzi təməl elementlərini isə belə ümumiləşdirə bilərik:

1. İnsan yalnız maddədən ibarət ruhu olmayan varlıqdır.
2. İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan yeganə fərqi yaşadığı şərtlərin onu bir az "əhliləşdirməsidir". İnsanla heyvan arasında başqa fərq yoxdur.
3. İstər təbiətdə, istərsə də insan cəmiyyətlərində dəyişməyən yeganə qanun "qarşıdurma"dır. Qarşıdurma, bir-biriylə üst-üstə düşməyən mənfəətlər səbəbiylə olur. Qarşıdurma nəticəsində bir tərəfin məğlub olması, iztirab çəkməsi, ölməsi son dərəcə təbii və hətta vacibdir.
4. Dolayısı ilə inkişafın reallaşması, məsələn, kommunistlərə görə "kommunist inqilab"ın yaşanması üçün, çox sayda insanın ölməsi, iztirab çəkməsi, işgəncə görməsi qaçılmazdır və hətta lazımlıdır.
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:47 13/12/09 Oxunub: 68 Şərhlər Şərhlər (0)  

STALİN NECƏ KOMMUNİST OLDU?

Stalin 1879-cu ildə Gürcüstandakı kiçik qəsəbədə, kasıb ailənin uşağı olaraq doğulmuşdu. Adı İosif Vissarionoviç Cuqaşvili idi. Rus dilində "Dəmir Adam" mənasını verən "Stalin" adını 1913-cü ildən sonra istifadə etməyə başlayacaqdı.

Stalinin anası dindar qadın idi. Çox böyük çətinliklə yetişdirdiyi oğulunun dindar olmasını istəyirdi. Bu səbəblə onu Qoridəki Kilsə məktəbinə yazdırdı. Burada 5 il təhsil alan Stalin məktəbi bitirdiyində, Tiflisdəki dini instituta girdi və Qreqoryen Ortodoks Kilsəsində rahib olmaq üçün işə başladı. Elə bu zamanlarda oxuduğu bəzi kitablar Stalinin dünya görüşünü bütünlüklə dəyişdi. O zamana qədər dindar ananın dindar oğlu olan Stalin Allaha və dinə olan bütün inancını itirdi və ateist oldu.

Stalinə inancını unutduran kitab Darvinin Növlərin Mənşəyi adlı kitabı idi.


Oxford Universitetində tarixçi Alex de Jonge Stalin and The Shaping of the Soviet (Stalin və Sovet İttifaqınin Formalaşması) adlı kitabında Stalinin gənclik illərində Darvinin önəmli yer tutduğunu vurğulayır. Jonge`a görə, Stalinin dini təhsil aldığına baxmayaraq, Allaha inancını itirməsi və əvəzində ateizmi mənimsəməsi Darvini oxumasıyla olmuşdur. Stalinin Marksizmi mənimsəməsi isə daha sonra baş vermişdir. Jonge bunun Stalin tərəfindən də xüsusi söhbətlərində tez-tez vurğulanan gerçək olduğunu bildirmişdir. (Alex de Jonge, Stalin and The Shaping of the Soviet Uninon s.22)

İngilis tarixçi Alan Bullock da Stalin və Hitlerin həyatlarını müqayisəli şəkildə təsvir edən Hitler and Stalin: Parallel Lives adlı kitabında Stalinin gənclik illərində Darvin, Oqyust Kont (Auguste Comte) və Karl Marksın rusca tərcümələrini oxuduğunu və bunlardan təsirləndiyini qeyd edir.
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:44 13/12/09 Oxunub: 116 Şərhlər Şərhlər (0)  

LENİNİN QITLIQ SİYASƏTİ

20-ci əsrdəki kommunist rejimlərin xarakterik ortaq xüsusiyyətlərindən biri də xalqlarını aclığa məhkum etmələridir. Lenin dövründə bütün Rusiyada 5 (beş) milyon insanın ölümünə səbəb olan qıtlıq yaşanmışdır. Stalin dövründə 1932-33 illər arasında bu fəlakət daha geniş miqyasda təkrarlanmış və təkcə Ukraynada 6 (altı) milyon insan qıtlıq nəticəsində aclıqdan can verərək ölmüşdür. Maonun Qırmızı Çinində və Pol Potun Kambocasında da milyonlarla insan qıtlıq nəticəsində ölmüşdür.

Qıtlığın nə olduğunu yaxşı düşünmək lazımdır. Supermarketlerin, şirniyyat evlərinin, restoranların olduğu indiki vaxtda qıtlıq bizə yad bir anlayışdır. Qısası, "qıtlıq" anlayışını çoxumuz "bir müddət ac qalmaq" kimi təsəvvür edirik. Halbuki Rusiya, Çin, Kamboca kimi ölkələrin timsalında yaşanan qıtlıq, aylar və illər boyu davam etmişdir. Yalnız həyətyanı təsərrüfatda yetişdirdikləri məhsullarla (taxıl və ya düyülə) bəslənən kəndlilərin əlindən bütün məhsulları zorla toplanmışdır. Bunlar alındıqdan sonra yeməyə əlbəttə ki, heç bir şey qalmaz. Bu halda insanlar əvvəl ətrafdan yığdıqları tərəvəzi, meyvəni və yeyə biləcəkləri heyvanları tapıb yeyirlər. Bunlar isə qısa müddətdə tükənir. Sonra yarpaq, ot, ağac qabıqlarını qaynatmağa başlayırlar. Həftələr keçdikcə orqanizmləri zəifləyir və arıqayırlar. Davamlı aclıq... Bəzi insanlar pişik, it tutub yeməyə başlayar. Bu iş başqa canlılara, böcəklərə qədər davam edər. Nəticədə acı iztirab içində qıvrılan insanlar ard-arda ölməyə başlayır. Ölüləri basdırmağa taqəti olan heç kim yoxdur. Nəticədə qıtlığın ən qorxunc miqyası ortaya çıxır. Adamyeyənlik. İnsanlar əvvəl ölüləri yeməyə başlayır, sonra bir-birlərinə hücum etməyə, bir-birlərinin uşaqlarını qaçırıb kəsib yeməyə başlayırlar. İnsanlıqdan çıxır və heyvanlaşırlar.

Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:43 13/12/09 Oxunub: 60 Şərhlər Şərhlər (0)  

KOMMUNİZMİN DONUQ DÜNYASI

Kommunist ideologiyanın əhəmiyyətli xüsusiyyətlərindən biri də son dərəcə mühafizəkar, donuq, sərt və rəngsiz cəmiyyət modeli meydana gətirməsidir. Bunu anlamaq üçün əvvəlcə kommunizmin insana baxışını xatırlamaq lazımdır. Kommunizmin təməli olan materialist fəlsəfə insanı yalnız maddədən ibarət varlıq olaraq qəbul edir. Materializm insan ruhunun varlığı rədd edir və insan şüurunun yalnız "hərəkət edən maddə"nin məhsulu olduğu irəli sürür. Bu baxışa görə materializm insanı inkişaf etmiş aparat olaraq qəbul edir. İnsanın sahib olduğu bütün düşüncə və duyğular, bu aparatın içindəki kimyəvi reaksiyaların nəticəsi olaraq qəbul edilir.
Hətta marksist ideologiyada, insanın sahib olduğu bütün mədəniyyətin və şüurun maddi faktorlara söykəndiyi qəbul edilir. Kommunizmə görə insanın maddi dünyadan müstəqil şüuru yoxdur. Əksinə, insan şüurunu tamamilə, yaşadığı maddi dünya təyin edir. Marks, "insanların varlığını şüur təyin etmir, əksinə ictimai varlıqları şüuru təyin edir" fikirini irəli sürmüşdir. Marksizmin qabaqcıl mütəfəkkirlərindən olan Lüdviq Feyerbax (Ludwig Feuerbach) isə "insan nə yeyirsə odur" deyərək eyni materialist məntiqsizliyi davam etdirmişdir. Yəni bu insanlar, yaradılışı inkar etmək üçün hüceyrələrin və hüceyrələrin əsasını meydana gətirən şüursuz atomların şüur sahibi olduğunu, düşünmə, görmə, eşitmə qabiliyyətinə sahib olduğunu, gözəlliklər qarşısında heyranlıq, pis hadisələr qarşısında kədər duyduqlarını iddia edirlər. "Düşüncə və duyğular hərəkət edən maddənin məhsuludur" demək, tam olaraq bu mənanı verir. Bu insanlardan "bir hüceyrə düşünə bilərmi?" deyə soruşsanız, əlbəttə sizə "xeyr" deyərlər. Amma "hüceyrələr bir yerə gəlib beyni meydana gətirdikdə düşünmə qabiliyyəti qazanırlar" kimi mənasız iddianı irəli sürməkdən çəkinməzlər.
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:35 13/12/09 Oxunub: 71 Şərhlər Şərhlər (0)  

KOMMUNİZM GİZLƏNİB...

Kommunizm 20-ci əsrə damğasını vurmuş ideologiyadır. Amma bu damğa yalnız zülm, qan və gözyaşlarıyla doludur. Hesablamalara görə yalnız bu ideologiya səbəbiylə 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, bir döyüş əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, yaşlı, körpə, yalnız "kommunizm" deyilən bu soyuq, sərt və vəhşi ideologiya səbəbiylə həyatını itirmişdir. Bundan əlavə kommunist rejimlər tərəfindən konstitusional hüquq və azadlıqlarından məhrum edilən, sürgün edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilen, fəhlə düşərgələrində kölə kimi istifadə edilən on milyonlarla insan vardır. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır.
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:33 13/12/09 Oxunub: 92 Şərhlər Şərhlər (0)  

KOMMUNİZMİN DİN DÜŞMƏNLİYİ

Quranda insanlara Allahı və dini inkar etməyi əmr edən, zalım və zorba xarakterli rəhbərlərin tarix boyu olduğu və olacağı bildirilir. Allah bir ayəsində belə insanları "oda çağıran rəhbərlər" adlandırmışdır.(Qəsəs Surəsi, 41) Quranda bu xarakter Hz. Musa ilə bağlı ayələrdə "Firon" adıyla keçir. Hz. İbrahimin və ya Kəhf (mağara) əhlinin qarşısında da eynilə Firon kimi insanları sırf Allaha imanları səbəbiylə öldürən zalım hökmdarlar olmuşdur. Bu zorba xarakterə bütün tarix boyu rast gəlmək mümkündür. Dinsizliyin lideri olan bu insanların hamısı yaşadıqları cəmiyyətlərə qarşı eyni zalımlıqları etmiş, eyni üsullarla onları dindən uzaqlaşdırmağa çalışmış və insanları dünyada və axirətdə həlaka sürükləmişlər.
Keçən əsrdə bütün dünyaya bəla, iztirab, zülm, vəhşilik gətirən ideologiyalara baxdığımızda, yenə də bu ideologiyaların liderlərinin mərhəmətsiz və dinsiz şəxsiyyətləri qarşımıza çıxır. 20-ci əsrdə isə Quranda izah edilən Firon xarakteri ilə uzlaşan insanların başında Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin,Jozef Stalin və Mao Tse-Tung, eləcə dəonların ustadları Karl Marks və FridrixEngels kimi dinsiz və zalım liderlər gəlir.ÇarlzDarvin isə ortaya atdığı təkamül nəzəriyyəsi ilə bütün bu zalım liderlərin fikirlərini bəsləyir və dinsizliyə fərqli istiqamətdən liderlik edir.
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:28 13/12/09 Oxunub: 64 Şərhlər Şərhlər (0)  

KOMMUNİZMİN ÖRTÜLÜ DİN DÜŞMƏNLİYİ

Kommunizmin din düşmənliyini araşdırarkən bəzi kommunistlərin göstərdiyi "mülayim" siyasətin əsl məqsədini də bilmək lazımdır. Həqiqətən də dünyada marksist cərəyanlar iqtidarda olmadıqları müddətdə din əleyhinə sərt və təcavüzkar siyasət yürütməzlər. Hətta bəzən kommunistlərin ağızından dinə və dindarlara qarşı şirin sözlər də eşitmək mümkündür. Bəs onda belə "mülayim" üslub göstərməkdə məqsəd nədir?
Leninin yazılarıda bunun cavabını da tapmaq mümkündür. Lenin "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqaləsində Marks və Engels kimi ustadlarının şərh və metodlarından istifadə edərək, dinə qarşı açıq mübarizəyə ehtiyac olmadığını, bunun gərəksiz "siyasi oyun" olduğunu yazmışdır.
Lenin dinə qarşı düşmənliklərini açıq şəkildə elan edən, təhqir dolu kampaniyalar təşkil edən digər bəzi materialistləri isə (məsələn, anarxistləri və ya "burjua ateistlərini") naşı və sadəlövh hesab etmişdir. Bu insanlar marksistləri "mülayim və "tərəddüdlü" davranmaqda günahlandırırlar. Lenin bunları rədd etmiş və "marksizmin görüntüdəki mülayimliyinin" diqqətlə düşünülmüş taktika olduğunu açıqlamışdır.
Lenin sözü gedən "mülayim" taktikasnı 1917-ci ilə qədər, yəni kommunistlər iqtidara gələnə qədər davam etdirdi. Ancaq bundan sonra bu mülayimlik yox oldu, əksinə bütün Sovet torpaqlarında dinə və dindarlara qarşı böyük təqib başladı. Əvvəllər "ateist olduğumuzu açıq şəkildə ifadə etməməli və dinə inananları da öz tərəfimizə çəkməliyik" deyən Lenin iqtidara gəldikdən sonra daha fərqli yol izlədi. Amerikalı tarixçi Robert Konkvest (Robert Conquest)TheHarvestofSorrow adlı kitabında Bolşeviklerin din siyasətinin bəzi əsasların belə izah edir:
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:26 13/12/09 Oxunub: 82 Şərhlər Şərhlər (0)  

KOMMUNİZM VƏ QURANDA İFADƏ EDİLƏN DİNSİZ SİSTEMLƏR

Digər bir çox ideologiyada olduğu kimi kommunist sistemin də bütün mənfi xüsusiyyətlərinin təməlində tamamilə dinə zidd olması dayanır. Kommunizmin vəhşiliyinin də, donuqluğunun da əsas səbəbi dinə qarşı qatı düşmən olmasıdır.
Din insanı yaradan Allahın ona göstərdiyi düşüncə və həyat tərzidir. İnsan üçün ən uyğun həyat din üzərində qurulan həyatdır. Çünki insan ruhunu ən yaxşı bilən onu yaradan Allahdır və ancaq Allahın dininə görə qurulmuş sistem insan ruhuna rahatlıq gətirər. Dini rədd edən sistemlərin insanlara kədər, qəm, qorxu və etibarsızlıq aşılaması qaçılmazdır. Kommunizm bunun ən bariz nümunələrindən biri olaraq tarixə düşmüşdür.
Bu mövzunun son dərəcə maraqlı başqa tərəfi isə kommunizmin Allahın bizə Quranda bildirdiyi dinsiz sistemlərlə çox böyük eynilik təşkil etməsidir. Quranda dinsiz sistemlərə nümunə olaraq göstərilən Firon və digər bəzi sistemlər ilə dövrümüzdəki kommunist rejimlər müqayisə edildiyində aralarında böyük oxşarlıqlar olduğunu görürük. Bunları ardıcıllıqla araşdıraq.
Bölmə: Məqalələr
Yazar: Adnan Oktar 11:23 13/12/09 Oxunub: 136 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
KamranKamran və 217 Qonaq